Bank Of Baku

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 1,0001 təşkil edib
# 06 fevral 2009 07:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməz qalaraq 2009-cu ilin fevral ayının 6-na 1,0003 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə 0,0997 bənd və ya 11,07% artaraq 1,0001 təşkil edib.
ANBDI indeksinin artması gündəlik korrektə çərçivəsində baş verib. Qeyd edək ki, bu günə fevralın 3-də tam yerləşdirilməmiş buraxılışın əlavə yerləşdirilməsi və iki buraxılışın ilkin yerləşdirilməsi nəzərdə tutulub. Bu buraxılışlar üzrə bazara təqdim edilən məcmu təklifin həcmi təxminən 28,9 mln. manat təşkil edir ki, yerləşdirmə nəticəsində indeksin artacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR