Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 09 fevral 2009 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1,00 dollar və ya 2,43% azalaraq 1 barelə görə 40,17 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 6-da ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,25 dollar azalaraq 46,21 dollar təşkil edib.
Mütəxəssislər neftin ucuzlaşmasını ABŞ-da bəzi makroiqtisadi göstəricilərlə əlaqələndirir. Belə ki, ABŞ-ın aqrar sahəsində məşğul olanların sayı yanvar ayında 598 min nəfər azalıb. Xatırladaq ki, dekabrda bu göstərici 577 min nəfər təşkil edib.
Bundan başqa, ABŞ-da neft ehtiyatlarının artması iqtisadi geriləməni sübut edir, yəni, istehsalın azalması neftə tələbatı və ardınca onun qiymətini endirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR