Bank Of Baku

Dow Jones indeksi 2,7%, S&P 500 2,7%, Nasdaq isə 2,9% yüksəlib

Dow Jones indeksi 2,7%, S&P 500 2,7%, Nasdaq isə 2,9% yüksəlib
# 09 fevral 2009 06:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 6-da Amerika fond bazarında Dow Jones indeksi 2,7% - 8280,59 bəndədək, S&P 500 2,7% - 868,60 bəndədək, Nasdaq isə 2,9% - 1591,71 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarına yeni administrasiya tərəfindən hazırlanan iqtisadi planın fevralın 9-da açıqlanması gözləmələri müsbət təsir göstərib. Qeyd edək ki, hazırda yaşanan iqtisadi böhranın nəticələri, o cümlədən hər ay mənfiyə doğru dəyişən makroiqtisadi göstəricilər hökuməti yeni planın qəbulunu və həyata keçirilməsini tezləşdirməyə vadar edir.
Avropa bazarlarında fevralın 6-da Britaniya FTSE 100 indeksi 1,49% - 4291,87 bəndədək, Fransa CAC-40-ı 1,84% - 3122,79 bəndədək, Almaniya DAX-ı isə 2,97% - 4644,63 bəndədək yüksəlib. Avropa indekslərin artması əsasən korporativ xəbərlərin nəticəsində müşahidə olunub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2954 (+1,25%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR