Bank Of Baku

Neftin qiyməti 40 dollardan aşağı düşüb

Neftin qiyməti 40 dollardan aşağı düşüb
# 10 fevral 2009 07:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,61 dollar və ya 1,52% azalaraq 1 barelə görə 39,56 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 9-da ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar azalaraq 46,02 dollar təşkil edib.
Neft bazarının iştirakçıları ABŞ-ın iqtisadi bərpa planının tətbiqinə və onun gələcək nəticələrinə hələ də pessimist yanaşır. Hətta bu məsələlərə optimizmlə yanaşanlar vurğulayır ki, planın ilk müsbət nəticələrinin meydana gəlməsi üçün müəyyən vaxt tələb olunacaq və həmin müddət ərzində neftə olan tələbat aşağı səviyyədə qalacaq. Eyni zamanda, OPEC rəhbərliyi artıq bəyan edib ki, zərurət yaranarsa, OPEC hasilatı azaltmağa hazırdır. Lakin OPEC son vaxtlar qiymətlərə təsir göstərmək qabiliyyətini artıq itirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR