Bank Of Baku

Bu gün BBVB-də son 4 ildə dollar üzrə ikinci svop əqdi bağlanıb

Bu gün BBVB-də son 4 ildə dollar üzrə ikinci svop əqdi bağlanıb
# 10 fevral 2009 15:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8077 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8077 AZN/$1-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb, sessiyanın yekunlarına görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 2 952 144 AZN, manatın orta məzənnəsi isə 0,8077 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 3,655 mln. dollar və ya 2 952 144 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1 827 500 dollar düşür. USD/AZN T+1, T+2 alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
Həmçinin, SWAP_USD/AZN aləti üzrə 30 günlük əqd bağlanılıb, onun ortaölçülü məzənnəsi isə 0,8093 AZN/$1-ə bərabər olub.
EUR/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 362 495 AZN, manatın orta məzənnəsi isə avroya nisbətən 1,0357 AZN təşkil edib.
Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,57%, ABŞ dolları üzrə isə illik 15,14% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR