Bank Of Baku

BFB-da 10300922S seriyalı 623,4 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10300922S seriyalı 623,4 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 10 fevral 2009 15:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10300922S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 623 400 manat təşkil edib. Sifarişlər 96,63% (gəlirlik 6,99%) – 96,67% (gəlirlik 6,91%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 96,63% (gəlirlik 6,99%), orta ölçülmüş qiymət isə 96,64% (gəlirlik 6,97%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 623,4 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin avqustun 11-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR