Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 11 fevral 2009 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 2,01 dollar və ya 5,08% azalaraq 1 barelə görə 37,55 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 10-da ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,41 dollar azalaraq 44,61 dollar təşkil edib.
Fevralın 10-da ABŞ Senatı 838 mlrd. dollar məbləğində olan iqtisadiyyatın stimullaşdırılması planı qəbul edib. Gözləmələrin əksi olaraq, bu, neft bazarının iştirakçıları tərəfindən mənfi qarşılanaraq, qiymətin enməsinə səbəb olub.
Bundan əlavə Amerika Neft İnstitutu tərəfindən açıqlanan məruzəyə əsasən, ötən həftə ərzində ABŞ-da neft və neft məhsullarının kommersiya ehtiyatları artıb. Belə ki, neft ehtiyatları 1,996 mln. barel, benzin 2,923 mln. barel, mazut və dizel yanacağı ehtiyatları 853 min barel artıb.
Qeyd edək ki, əgər iqtisadiyyatın bərpası planı investorlar tərəfindən müsbət qarşılansaydı, neft ehtiyatlarının artımı bazara heç bir mənfi təsir göstərməzdi, çünki neft bazarında hər hansı müsbət dəyişmələrin gözləntiləri daha təsirli olur. Beləliklə, etiraf olunmalıdır ki, sözügedən plan investorların gözləntilərini doğrultmayıb.
Nəticədə, neft qiymətləri enib. Bununla bağlı qeyd edək ki, qiymətlərin aşağı olması artıq OPEC-ə növbəti zərbə vurub – 150 yeni neft hasilatı layihəsindən 35-i dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR