Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 5,88 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 5,88 mln. dollarlıq əqd bağlanıb
# 11 fevral 2009 14:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8070 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8077 AZN/$1-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 96 840 AZN təşkil edib, sessiyanın yekunlarına görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 4 648 320 AZN, manatın orta məzənnəsi isə 0,8070 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 5,88 mln. dollar və ya 4 745 160 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1,176 mln. dolları düşür. USD/AZN T+1, T+2 alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqd bağlanılmayıb.
SWAP_USD/AZN aləti üzrə 30 günlük əqd bağlanılıb. Əqdin həcmi 2 mln. dollar təşkil edib, onun ortaölçülü məzənnəsi isə 0,8086 AZN/$1-ə bərabər olub.
EUR/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 362 495 AZN, manatın orta məzənnəsi avroya nisbətən 1,0357 AZN təşkil edib.
Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,25%, ABŞ dolları üzrə isə illik 15,83% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR