Bank Of Baku

Neftin qiyməti 36 dollara düşüb

Neftin qiyməti 36 dollara düşüb
# 12 fevral 2009 06:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1,61 dollar və ya 4,48% azalaraq 1 barelə görə 35,94 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 11-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,33 dollar azalaraq 44,28 dollar təşkil edib.
Neftin ucuzlaşması ABŞ-ın Energetika Nazirliyinin məruzəsində əks olunmuş məlumatlarla bağlıdır. Belə ki, ötən həftə ərzində ölkənin neft ehtiyatları 4,7 mln. barel artaraq 350,8 mln. barelə çatıb. Eyni zamanda, ABŞ-da neftin gündəlik hasilatı həftə ərzində 5,235 mln. bareldən 5,327 mln. barelədək artıb, neftin gündəlik emalı isə 14,341 mln. bareldən 14,127 mln. barelədək azalıb. Bundan əlavə, neft emalı sektorunun yüklülüyü 83,5%-dən 81,6%-ə düşüb. Neft bazarı üçün əsas göstəricilərdən biri olan ABŞ-ın gündəlik neft idxalı da 10,037 mln. bareldən 9,652 mln. barelədək azalıb ki, bu da bazar üçün çox əhəmiyyətli göstəricidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR