Bank Of Baku

BFB-da Azərbaycan Milli Bankının 2 003,6 min manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Milli Bankının 2 003,6 min manatlıq notları yerləşdirilib
# 12 fevral 2009 07:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50100621S seriyalı, ümumi həcmi 40 mln. manat, hərraca çıxarılan həcmi 15 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investorun iştirak etdiyi hərracda sifarişin nominal üzrə ümumi həcmi 2 003,6 min manat təşkil edib. Sifariş 99,77% (gəlirlik 2,96%) qiymətlə təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 99,77% (gəlirlik 2,96%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 2 003,6 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin martın 11-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR