Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq isə 0,4% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq isə 0,4% yüksəlib
# 12 fevral 2009 07:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 7939,53 bəndədək, S&P 500 0,8% - 833,74 bəndədək, Nasdaq isə 0,4% - 1530,50 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında əsasən maliyyə qurumlarının kotirovkaları artıb. Məsələn, «Citigroup»un səhmləri 10%, «Bank of America»nın 9%, «JP Morgan»ın səhmləri 6% bahalaşıb.
Avropa bazarlarında fevralın 11-də Britaniya FTSE 100 indeksi 0,5% - 4234,26 bəndədək, Fransa CAC-40-ı 0,23% - 3027,72 bəndədək, Almaniya DAX-ı isə 0,54% - 4530,09 bəndədək yüksəlib. Avropa bazarlarında kotirovkaların yüksəlməsinə korporativ xəbərlər səbəb olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2902 (+0,16%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR