Bank Of Baku

Neftin qiyməti 34 dollara düşüb

Neftin qiyməti 34 dollara düşüb
# 13 fevral 2009 10:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1,96 dollar və ya 5,45% azalaraq 1 barelə görə 33,98 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 12-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,37 dollar artaraq 44,65 dollar təşkil edib.
Light markalı neftin ucuzlaşması ABŞ-da makroiqtisadi vəziyyətin daha da pisləşməsi ehtimalları ilə bağlıdır. Bundan başqa, ABŞ-ın Energetika Nazirliyinin ötən həftə ərzində ölkədə neft ehtiyatlarının 4,7 mln. barel azalması barədə bəyanatının bazara təsiri davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR