Bank Of Baku

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,17%, Nasdaq isə 0,7% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,17%, Nasdaq isə 0,7% yüksəlib
# 13 fevral 2009 10:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,09% - 7932,76 bəndədək enib, S&P 500 0,17% - 835,19 bəndədək, Nasdaq isə 0,73% - 1541,71 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların dəyişməsinə makroiqtisadi göstəricilər və korporativ xəbərlər təsir edib. Bununla belə, makroiqtisadi göstəricilər, o cümlədən məşğulluq və anbarlarda yığılmış malların həcmləri üzrə göstəricilər kotirovkaların enməsinə, bir sıra korporativ xəbərlər isə yüksəlməsinə səbəb olub.
Avropa bazarlarında fevralın 12-də Britaniya FTSE 100 indeksi 0,76% - 4202,24 bəndədək, Fransa CAC-40-ı 2,09% - 2964,34 bəndədək, Almaniya DAX-ı isə 2,7% - 4407,56 bəndədək enib. Avropa bazarlarında kotirovkaların enməsi əsasən maliyyə sektorunda müşahidə olunub. Belə ki, «Fortis» maliyyə qrupunun səhmləri 16%, «BNP Paribas»ın 7,5%, «Commerzbank»ın 4,4%, «UBS»in isə 4% ucuzlaşıb. Ümumilikdə, Avropa bazarları mənfi korporativ xəbərlərin təsiri altında olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2925 (+0,18%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR