Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 58,081 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 58,081 mln. dollarlıq əqd bağlanıb
# 13 fevral 2009 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8062 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8065 AZN/$1-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 10 678 925 AZN, sessiyanın yekunlarına görə isə manatın orta məzənnəsi dollara nisbətən 0,0003 bənd qalxıb və 0,8062 AZN/$1 təşkil edib.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 36 145 977 AZN, manatın orta məzənnəsi isə 0,8062 AZN/$1-ə bərabər olub.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 58,081 dollar və ya 46 824 902 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 2 765 762 dolları düşür. USD/AZN T+1, T+2 alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
SWAP_USD/AZN aləti üzrə 30 günlük əqd bağlanılıb, əqdin həcmi 7,4 mln. dollar, onun ortaölçülü məzənnəsi isə 0,8078 AZN/$1 təşkil edib.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,33%, ABŞ dolları üzrə isə illik 15,86% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR