Bank Of Baku

BFB-da 10200722S seriyalı 8 075,2 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10200722S seriyalı 8 075,2 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 14 fevral 2009 07:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10200722S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 8 075 200 manat təşkil edib. Sifarişlər 98,69% (gəlirlik 5,77%) qiymətdə təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 98,69% (gəlirlik 5,77%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, 1 315 200 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 8 075,2 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin mayın 8-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR