Bank Of Baku

Neft kəskin bahalaşıb

Neft kəskin bahalaşıb
# 16 fevral 2009 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 3,53 dollar və ya 10,39% artaraq 1 barelə görə 37,51 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 13-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,22 dollar azalaraq 44,81 dollar təşkil edib.
Light markalı neftin bahalaşması bir qədər gözlənilməzdir, çünki hazırda neft bazarında qiymətin yalnız enmə tendensiyaları üçün əlamətlər var. Belə ki, ABŞ-da neft ehtiyatlarının artması, OPEC-in bir sıra üzvləri tərəfindən neft hasilatının azaldılmasına dair qərarın yalnız qismən icra olunması, dünya neft tələbatının kəskin düşməsi kimi amilləri qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR