Bank Of Baku

Brent markalı neft ucuzlaşıb

Brent markalı neft ucuzlaşıb
# 17 fevral 2009 09:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 16-da ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,53 dollar azalaraq 43,28 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında ölkədə Prezidentlər Günü bayramı ilə əlaqədar ticarət əməliyyatları aparılmayıb. Qeyd edək ki, əvvəlki ticarət günündə, yəni fevralın 13-də WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1 barelə görə 37,51 dollara bərabər olub.
Neftin ucuzlaşması ilk növbədə dolların yüksəlməsi ilə bağlıdır. Belə ki, fevralın 16-da dünya bazarlarında dolların avroya qarşı məzənnəsi iki aylıq maksimuma çatıb və nəticədə avronun məzənnəsi 1,2664 dollar səviyyəsində qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR