Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 18 fevral 2009 08:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 2,58 dollar və ya 6,88% azalaraq 1 barelə görə 34,93 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 17-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,25 dollar azalaraq 41,03 dollar təşkil edib.
Neft bazarında dünyada neftə olan tələbatın azalması ehtimallarının təsiri davam edir. O cümlədən, Asiya və Avropada iqtisadi geriləmənin dərinləşməsi, Avropanın bank sektorunda vəziyyətin daha da pisləşməsi, ABŞ-ın fond bazarında kotirovkaların enməsi kimi amillər neft bazarına mənfi təsir göstərib. Bununla bağlı bazarda fyuçers kontraktlarının satışı üstünlük təşkil edib.
Qeyd edək ki, bu fonda Fransanın «Societe Generale» bankı 2009-cu il üçün neftin qiymətinin proqnozunu Brent markası üzrə 56 dollardan 51 dollaradək, U.S. Crude markası üzrə isə 57,5 dollardan 50 dollaradək endirib. Gələn il üçün bank Brent markalı neftin 1 barelin qiymətini 75 dollar səviyyəsində proqnozlaşdırır ki, bu da əvvəlki proqnozlardan 13,5 dollar aşağıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR