Bank Of Baku

Dow Jones indeksi 3,8%, S&P 500 4,5%, Nasdaq isə 4,1% enib

Dow Jones indeksi 3,8%, S&P 500 4,5%, Nasdaq isə 4,1% enib
# 18 fevral 2009 08:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 17-də Amerika fond bazarında Dow Jones indeksi 3,8% - 7552,45 bəndədək, S&P 500 4,5% - 789,17 bəndədək, Nasdaq isə 4,1% - 1470,66 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların kəskin enməsi ABŞ prezidenti tərəfindən 787 mlrd. dollar dəyərində iqtisadi dəstək planının imzalanması ilə bağlı baş verib. Buna əsas səbəb investorlar tərəfindən plan çərçivəsində nəzərdə tutulan tədbirlərin iqtisadi geriləməni aradan qaldırılması üçün kifayət etməyəcəyi ehtimalları olub. Bundan başqa, fevralın 17-də «Moody’s» reytinq agentliyi tərəfindən Avstriya, İsveç və digər Qərbi Avropa banklarının reytinqlərinin aşağı salınması mümkünlüyü barədə bəyanatı investorları narahat edib.
Qeyd edək ki, reytinqlərin endirilməsi ehtimalları isə öz növbəsində Avstriya, İsveç, Almaniya, Fransa və Belçika banklarının törəmə qurumlarının kreditlərinin 84%-nin Şərqi Avropa ölkələrində cəmləşməsi ilə bağlıdır, Şərqi Avropada isə iqtisadi vəziyyətin pisləşməsi gözlənilir. Xatırladaq ki, artıq Latviya, Macarıstan, Serbiya və Ukrayna Beynəlxalq Valyuta Fondundan maliyyə yardımı alır və bu siyahının genişlənəcəyi gözlənilir.
Həmin amillər Avropa indekslərinin enməsinə səbəb olub. Belə ki, Avropa bazarlarında fevralın 17-də Britaniya FTSE 100 indeksi 2,43% - 4034,13 bəndədək, Fransa CAC-40-ı 2,94% - 2875,23 bəndədək, Almaniya DAX-ı isə 3,44% - 4216,60 bəndədək enib. Günün yekunlarına görə, Fransanın «Societe Generale» bankının səhmləri 9,6%, İtaliya «UniCredit»inin 6,9%, Avstriya «Raiffeisenbank»ının və «Erste Bank»ının səhmləri 14,8% və 17% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2596 (-1,56%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR