Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 19 fevral 2009 07:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,31 dollar və ya 0,89% azalaraq 1 barelə görə 34,62 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 18-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,48 dollar azalaraq 39,55 dollar təşkil edib.
Neftin ucuzlaşmasına əsas səbəb ABŞ-da neft və benzin ehtiyatlarının ötən həftə ərzində artması barədə məlumatlar olub. Belə ki, Amerika Neft İnstitutunun hesablamalarına əsasən, ötən həftə ərzində neft ehtiyatları 1,576 mln. barel artaraq 345,827 mln. barelə, benzin ehtiyatları 1,645 mln. barel artaraq 216,356 mln. barelə çatıb. Bundan başqa, bazar iştirakçıları üçün daha bir mühüm göstərici olan ABŞ-ın neft idxalı 683 min barel azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR