Bank Of Baku

Neft kəskin bahalaşıb

Neft kəskin bahalaşıb
# 20 fevral 2009 07:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 19-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 4,86 dollar və ya 14,04% artaraq 1 barelə görə 39,48 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, fevralın 19-da ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,44 dollar azalaraq 41,99 dollar təşkil edib.
Müşahidəçilərin fikrincə, neftin kəskin bahalaşmasının əsas səbəbi ABŞ-da neft ehtiyatlarının azalması ilə bağlı olub. Belə ki, Enerji İnformasiya İdarəsinin məlumatına görə, ötən həftə neft ehtiyatları 0,2 mln. barel, dizel yanacağı və mazut ehtiyatları 0,8 mln. barel azalıb. Eyni zamanda, Amerika Neft İnstitutunun hesablamalarına əsasən, ötən həftə ərzində neft ehtiyatları 1,576 mln. barel artıb. Qeyd edək ki, bu iki qurumun hesablamaları mənbələrin müxtəlifliyi ilə bağlıdır: Enerji İnformasiya İdarəsinə neft şirkətləri hesabatlarını icbari şəkildə təqdim edir, Amerika Neft İnstitutuna isə hesabatlar könüllü şəkildə toplanılır. Bu baxımdan Enerji İnformasiya İdarəsinin məlumatları reallığa daha yaxın hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR