Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,2%, Nasdaq isə 1,7% enib

Dow Jones indeksi 1,2%, S&P 500 1,2%, Nasdaq isə 1,7% enib
# 20 fevral 2009 07:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 19-da Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 7465,95 bəndədək, S&P 500 1,2% - 778,94 bəndədək, Nasdaq isə 1,7% - 1442,82 bəndədək enib.
Qeyd edək ki, Dow Jones indeksi 2002-ci ilin oktyabrında qeydə alınan səviyyəyə çatıb. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına mənfi təsir əsasən korporativ xəbərlərlə bağlı olub. Belə ki, investorlar bank sisteminin perspektivlərindən çox narahatdır. Bu fonda «Bank of America»nın səhmləri 24-illik, «Citigroup»un səhmləri isə 17-illik minimuma enib. Bundan başqa, məşğulluq sahəsi üzrə statistika da bazar iştirakçıları tərəfindən mənfi qarşılanıb. Belə ki, ölkənin Əmək Nazirliyinin məlumatına görə, işsizlik müavinətləri alanların sayı 4,99 mln. nəfər olmaqla rekord həddə çatıb. Təkcə ötən həftə ərzində işsizlərin sayı 627 min nəfər artıb və hazırda ölkədə işsizlik 7,6% təşkil edir.
Avropa bazarlarında fevralın 19-da Britaniya FTSE 100 indeksi 0,29% - 4018,37 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,05% - 2872,60 bəndədək enib, Almaniya DAX-ı isə 0,24% - 4215,21 bəndədək yüksəlib. Avropa kotirovkalarının dəyişməsi korporativ xəbərlərə bağlı olub, şirkətlərin müxtəlif hesabatları səbəbindən kotirovkalar fərqli istiqamətdə dəyişib. Məsələn, «Nestle»nin səhmləri 5,2%, «Danone»nun səhmləri 1,8%, «Raiffeisen International» Bank Qrupunun səhmləri 10% bahalaşıb. Lakin Avropanın aparıcı yarımötürücü istehsalçısı olan «Infineon Technologies» şirkətinin səhmləri 6,7%, «Nokia»nın səhmləri 4,8% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2601 (+0,26%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR