Bank Of Baku

Neft 54 sent ucuzlaşıb

Neft 54 sent ucuzlaşıb
# 23 fevral 2009 07:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,54 dollar və ya 1,37% azalaraq 1 barelə görə 38,94 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, fevralın 20-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,10 dollar azalaraq 41,89 dollar təşkil edib.
Neftin qiymətinin bu cür dəyişməsi bazar üçün müsbət hal kimi qəbul oluna bilər, çünki ticarət əməliyyatları zamanı qiymətlər bundan da artıq düşsə də, günün sonunda ABŞ rəhbərliyinin ölkədə bankların kütləvi milliləşməsi barədə məlumatları təkzib etməsi, eləcə də Amerika fond indekslərinin günün sonuna yaxın bir qədər artması neft bazarında qiymətlərin artmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR