Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,1%, Nasdaq isə 0,1% enib

Dow Jones indeksi 1,3%, S&P 500 1,1%, Nasdaq isə 0,1% enib
# 23 fevral 2009 07:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 20-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 7365,67 bəndədək, S&P 500 1,1% - 770,05 bəndədək, Nasdaq isə 0,1% - 1441,23 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsi investorların ABŞ-ın iri maliyyə qurumlarının milliləşdirilməsi ehtimalları narahatlığından irəli gəlib. Eyni zamanda ekspertlərin fikrincə, cari ildə ABŞ-ın bank sistemini çox saylı müflisləşmələr gözləyir. İlin əvvəlindən ölkədə dövlətin nəzarətinə artıq 13 bank keçib. Ötən ildə 25 bank müflisləşib ki, bu il həmin göstəricinin 100-ə çatacağı gözlənilir.
Avropa bazarlarında fevralın 20-də Britaniya FTSE 100 indeksi 3,22% - 3889,06 bəndədək, Fransa CAC-40-ı 4,25% - 2750,55 bəndədək, Almaniya DAX-ı isə 4,76% - 4014,66 bəndədək enib. Avropa kotirovkalarının enməsi də bank sistemində mövcud olan və gələcəkdə gözlənilən problemlərlə əlaqələndirmək mümkündür, çünki Avropada da bankların milliləşdirilməsi ehtimalları investorların bank səhmlərinin alınmasına ehtiyatla yanaşmasında əks olunur.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2946 (+2,46%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR