Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 24 fevral 2009 08:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,59 dollar və ya 3,92% azalaraq 1 barelə görə 38,44 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 23-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,90 dollar azalaraq 40,99 dollar təşkil edib.
Neft bazarında qiymətlərin azalması tendensiyası dünya iqtisadi böhranın kəskinləşməsinə, mənfi makroiqtisadi və şirkətlərin göstəricilərinə, hökumətlərin böhrana qarşı tədbirlərinin düzgün olub-olmamasının tam aydın olmadığına və digər amillərə reaksiyasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR