Bank Of Baku

Dow Jones indeksi 12 illik minimuma enib

Dow Jones indeksi 12 illik minimuma enib
# 24 fevral 2009 08:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 23-də Amerika fond bazarında Dow Jones indeksi 3,40% - 7114,94 bəndədək, S&P 500 3,47% - 743,33 bəndədək, Nasdaq isə 3,71% - 1387,72 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, beləliklə, ABŞ-ın fond bazarında Dow Jones indeksi 12 illik minimumu təkrarlayıb. Amerika fond indekslərinin kəskin enməsi investorların ölkənin maliyyə sektorunun xilas olunması üzrə dövlətin siyasəti və planlarının düzgün olmasına şübhə ilə yanaşmasından irəli gəlir. Əsasən dövlət tərəfindən banklara maliyyə vəsaitlərinin yönəldilməsinin fayda verib-verməməsi hazırda tam aydın və əsaslı fikir olmadığına görə, investorlar bu tədbirlərə ehtiyatla yanaşır.
Avropa bazarlarında fevralın 23-də Britaniya FTSE 100 indeksi 0,99% - 3850,73 bəndədək, Fransa CAC-40-ı 0,82% - 2727,87 bəndədək, Almaniya DAX-ı isə 1,95% - 3936,45 bəndədək enib. «Deutsche Bank»ın səhmləri 5%, «Credit Suisse»in səhmləri 5,2%, «UBS» bankın səhmləri 9% ucuzlaşıb. Avtomobil şirkətləri üzrə də enmə tendensiyaları müşahidə olunub. Belə ki, «Moody’s Investors Service» agentliyi tərəfindən reytinqlərin endirilməsindən sonra «Renault»un səhmləri 11%, «Fiat»ın səhmləri isə 5,6% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2724 (-1,72%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR