Bank Of Baku

Neftin qiyməti yenidən artıb

Neftin qiyməti yenidən artıb
# 25 fevral 2009 07:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,52 dollar və ya 3,95% artaraq 1 barelə görə 39,96 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 24-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,51 dollar azalaraq 42,50 dollar təşkil edib.
Hazırda neft bazarına bir neçə amil təsir edərək qiymətləri müxtəlif istiqamətlərə «aparır». Bir tərəfdən ABŞ-ın makroiqtisadi göstəriciləri, Avropa fond bazarlarında artıq 7 gün kotirovkaların enməsi və digər mənfi amillər qiymətlərin düşməsinə səbəb olur. Eyni zamanda, müsbət amillər də mövcuddur. Belə ki, fevralın 24-də bazara OPEC tərəfindən fevral ayında neft hasilatını 3,8% azaltması məlumatı daxil olub. Qeyd edək ki, bazar iştirakçılarının bir hissəsi hesab edir ki, OPEC-in addımları neftin qiymətinin tarazlaşmasına səbəb ola bilər.
Bundan başqa, Amerika Neft İnstitutun məlumatına görə, ötən həftə ABŞ-da neft ehtiyatları 341 min barel artıb, benzin ehtiyatları 898 min barel azalıb, mazut və dizel yanacağı ehtiyatları 1,760 mln. barel artıb. Amerika Neft İnstitutunun məlumatına görə, hazırda ölkənin neft ehtiyatları 346,168 mln. barel, benzin ehtiyatları 215,458 mln. barel, mazut və dizel yanacağı ehtiyatları 142,607 mln. barel təşkil edir. Ötən həftə ABŞ-ın neft idxalı 68 min barel artaraq 9,012 mln. barelə çatıb. Bu göstəricilər neft bazarına müsbət təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR