Bank Of Baku

BFB-da 10301322S seriyalı 1,8 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10301322S seriyalı 1,8 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 25 fevral 2009 07:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Fevralın 24-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10301322S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 1,8 mln. manat təşkil edib. Sifariş 96,63% (gəlirlik 6,99%) qiyməti ilə təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətlər 96,63% (gəlirlik 6,99%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1,8 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin avqustun 25-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR