Bank Of Baku

BFB-da Azərbaycan Milli Bankının 3 009,6 min manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Milli Bankının 3 009,6 min manatlıq notları yerləşdirilib
# 25 fevral 2009 12:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50100821 seriyalı, ümumi həcmi 20 mln. manat, hərraca çıxarılan həcmi 10 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 3 009 600 manat təşkil edib. Sifarişlər 99,62% (gəlirlik 4,90%) – 99,68% (gəlirlik 4,13%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,62% (gəlirlik 4,90%), orta ölçülmüş qiyməti isə 99,65% (gəlirlik 4,52%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 333 800 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 3 009,6 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin martın 25-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR