Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 26 fevral 2009 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 25-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 2,54 dollar və ya 6,36% artaraq 1 barelə görə 42,50 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 25-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,79 dollar azalaraq 44,29 dollar təşkil edib.
Bazar iştirakçıları neftin bahalaşmasını ABŞ-da benzin istehlakının artması ilə əlaqələndirir. Belə ki, ölkənin Energetika Nazirliyi Enerji İnformasiya İdarəsinin məlumatına görə, ötən həftə ABŞ-da neft ehtiyatları 700 min barel artıb, benzin ehtiyatları isə 3,4 mln. barel azalıb, mazut və dizel yanacağı ehtiyatları 800 min barel artıb. Enerji İnformasiya İdarəsindən bildirilib ki, hazırda ölkənin neft ehtiyatları 351,3 mln. barel, benzin ehtiyatları 215,3 mln. barel, mazut və dizel yanacağı ehtiyatları 141,6 mln. barel təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR