Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,1%, Nasdaq isə 1,1% enib

Dow Jones indeksi 1,1%, S&P 500 1,1%, Nasdaq isə 1,1% enib
# 26 fevral 2009 07:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 25-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 7270,89 bəndədək, S&P 500 1,1% - 764,90 bəndədək, Nasdaq isə 1,1% - 1425,43 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında enmə tendensiyaları ölkənin mənfi makroiqtisadi göstəricilərinin açıqlanması fonunda baş verib. Məsələn, məlum olub ki, cari ilin yanvarında ABŞ-ın təkrar mənzil bazarında satış əvvəlki ayla müqayisədə 5,3% azalaraq 4,49 milyona çatıb. Halbuki, analitiklər bu göstəricini 4,79 milyon səviyyəsində proqnozlaşdırırdı. Eyni zamanda, ABŞ Maliyyə Nazirliyinin bankların kapitallarında yalnız müvəqqəti iştirak edə biləcəyi barədə bəyanatı maliyyə sektorunda kotirovkaların yüksəlməsinə səbəb olub.
Avropa bazarlarında fevralın 25-də Britaniya FTSE 100 indeksi 0,85% - 3848,98 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,41% - 2696,92 bəndədək, Almaniya DAX-ı isə 1,27% - 3846,21 bəndədək enib. Avropa bazarlarında kotirovkaların dəyişməsi korporativ xəbərlərin təsiri altında baş verib. Nəticədə, Fransanın ən iri mehmanxana şəbəkəsi olan «Accor SA»nın səhmləri 6,2%, Avropanın ikinci farmasevtik şirkəti olan «Novartis AG»nin səhmləri 1,5% ucuzlaşıb, «Deutsche Bank»ın səhmləri 5,5%, «BNP Paribas»ın səhmləri 5,2%, «UBS»in səhmləri 2,5% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2747 (-1,06%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR