Bank Of Baku

Neftin qiyməti 45 dolları üstələyib

Neftin qiyməti 45 dolları üstələyib
# 27 fevral 2009 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 2,72 dollar və ya 6,4% artaraq 1 barelə görə 45,22 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 26-da ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,22 dollar artaraq 46,51 dollar təşkil edib.
Neft bazarına ABŞ-da neft və neft məhsulları üzrə son statistikanın təsiri davam etməkdədir. Belə ki, fevralın 25-də məlum olub ki, ötən həftə ABŞ-da neft ehtiyatları 700 min barel artıb, benzin ehtiyatları isə 3,4 mln. barel azalıb, mazut və dizel yanacağı ehtiyatları 800 min barel artıb. ABŞ-ın Enerji İnformasiya İdarəsinin məlumatına görə, hazırda ölkənin neft ehtiyatları 351,3 mln. barel, benzin ehtiyatları 215,3 mln. barel, mazut və dizel yanacağı ehtiyatları 141,6 mln. barel təşkil edir. Bu göstəricilər gözləmələrdən daha müsbət olduğundan, onların bazara təsiri artıq iki ticarət günü davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR