Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,6%, Nasdaq isə 2,4% enib

Dow Jones indeksi 1,2%, S&P 500 1,6%, Nasdaq isə 2,4% enib
# 27 fevral 2009 07:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 26-da Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 7182,08 bəndədək, S&P 500 1,6% - 752,83 bəndədək, Nasdaq isə 2,4% - 1391,47 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsi ölkə administrasiyasının səhiyyə xidmətləri proqramına xərclərin azalması təklifi və ölkədə yeni evlərin satışının 10,2% azalması, işsizliyin artması, uzunmüddətli istifadə olunan mallar üzrə sifarişlərin 5,2% azalması barəbə xəbərlərin fonunda baş verib.
Avropa bazarlarında fevralın 26-da Britaniya FTSE 100 indeksi 1,33% - 3900,03 bəndədək, Fransa CAC-40-ı 1,78% - 2744,84 bəndədək, Almaniya DAX-ı isə 2,51% - 3942,62 bəndədək yüksəlib. Avrozonada pərakəndə dövriyyəsinin ardıcıl 9 ay ərzində azalması barədə məlumatlara baxmayaraq, bank sektorunda bir neçə müsbət korporativ xəbərlər nəticəsində Avropa bazarlarında kotirovkaların yüksəlməsi müşahidə olunub. Qeyd edək ki, «Royal Bank of Scotland»ın səhmləri 25,5%, «UBS»in səhmləri 16% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2734 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR