Bank Of Baku

Neftin qiyməti bir qədər düşüb

Neftin qiyməti bir qədər düşüb
# 02 mart 2009 06:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,46 dollar və ya 1,02% azalaraq 1 barelə görə 44,76 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, fevralın 27-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar azalaraq 46,35 dollar təşkil edib.
Neftin ucuzlaşmasına əsas səbəb ötən ilin IV rübündə ABŞ-da ÜDM-in həcminin 6,2% azalması olub, halbuki analitiklər bu göstəricinin 5,4% səviyyəsində olacağını proqnozlaşdırdı. Bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb. Ümumilikdə, ötən ilin yekunlarına görə, ÜDM-in həcmi 1,1% artıb ki, bu da 2001-ci ildən sonra ən minimal illik göstəricidir.
Qeyd edək ki, 2007-ci ildə ABŞ-da iqtisadi artım 2% təşkil edib. Ötən ilin IV rübündə ABŞ-ın mal və xidmətlərin ixracı 23,6%, idxalı isə 16% azalıb. Əvvəlki rübdə isə ixrac 3% artıb, idxal 3,5% azalıb. Ticarət Nazirliyinin şərhində bildirilir ki, ÜDM-in azalmasına əsasən ixracın və istehsalçıların xərclərinin azalması təsir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR