Bank Of Baku

Dow Jones indeksi 1,7%, S&P 500 2,3%, Nasdaq isə 1% enib

Dow Jones indeksi 1,7%, S&P 500 2,3%, Nasdaq isə 1% enib
# 02 mart 2009 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 27-də Amerika fond bazarında Dow Jones indeksi 1,7% - 7062,93 bəndədək, S&P 500 2,3% - 735,09 bəndədək, Nasdaq isə 1% - 1377,84 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsinə səbəb həm makroiqtisadi göstəricilər, həm də «Citigroup»la bağlı hökumətin planlarının açıqlanması olub. Belə ki, ölkənin Ticarət Nazirliyinin məlumatına görə, ötən ilin IV rübündə ABŞ-da ÜDM-in həcmi 6,2%, mal və xidmətlərin ixracı 23,6%, idxalı isə 16% azalıb. Bundan başqa, Maliyyə Nazirliyi dövlətə məxsus olan «Citigroup»un imtiyazlı səhmlərinin adi səhmlərə konvertasiyasını təsdiqləyib. Nəticədə, hökumət «Citigroup»un səhmdar kapitalının 36%-nə sahib olacaq.
Mənfi korporativ xəbərlərlə birlikdə həmin amillər Avropa bazarlarında da enmə tendensiyaları yaradıb. Belə ki, fevralın 27-də Britaniya FTSE 100 indeksi 2,18% - 3830,09 bəndədək, Fransa CAC-40-ı 1,54% - 2702,48 bəndədək, Almaniya DAX-ı isə 2,51% - 3843,74 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2568 (-1,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR