Bank Of Baku

Neft 10% ucuzlaşıb

Neft 10% ucuzlaşıb
# 03 mart 2009 07:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 4,61 dollar və ya 10,3% azalaraq 1 barelə görə 40,15 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, martın 2-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 4,14 dollar azalaraq 42,21 dollar təşkil edib.
Neft bazarına ABŞ-ın və Avropanın fond bazarlarında indekslərin kəskin azalması mənfi təsir edib. Bundan başqa, makroiqtisadi xəbərlər də bazar iştirakçılar tərəfindən mənfi qarşılanıb. Belə ki, Avropa İttifaqı ölkələrindən ixrac olunan mallara tələbatın azalması səbəbindən Avropada istehsalın azalmasının davam etməsi, Çində istehsalın azalması, ABŞ-da tikinti xərclərinin azalması və digər göstəricilər bazar iştirakçıları tərəfindən dünya iqtisadi geriləməsinin dərinləşməsi kimi qiymətləndirilir.
Əlavə olaraq, İranın neft sənayesi naziri Qulam Nəzərinin martın 15-də keçiriləcək OPEC-in iclasında neft hasilatının azalmasına dair qərarın qəbul edilməyəcəyi barədə bəyanat da neft bazarına mənfi təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR