Bank Of Baku

Dow Jones indeksi 12-illik minimuma enib

Dow Jones indeksi 12-illik minimuma enib
# 03 mart 2009 07:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 2-də Amerika fond bazarında Dow Jones indeksi 4,2% - 6763,29 bəndədək, S&P 500 4,7% - 700,82 bəndədək, Nasdaq isə 4% - 1322,85 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarının əsas indeksi olan Dow Jones 1997-ci ilin aprel ayından ən minimal həddə çatıb. Kotirovkaların enməsinə əsas səbəb dünyanın ən iri sığorta şirkəti olan «American International Group» (AİG) tərəfindən ötən ilin sonuncu rübündə 62 mlrd. dollar məbləğində zərərə məruz qalması barədə məlumatlar olub ki, bu göstərici də Amerikanın tarixində rekord zərər kimi qeydə alınıb. Bundan əlavə, məşhur investor Uorren Baffetin «cari ildə ölkə iqtisadiyyatının xaosla üzləşməsi» barədə bəyanatı da bazar iştirakçıları arasında düşkünlük əhval yaradıb.
Eyni tendensiyalar Avropa bazarlarında da müşahidə olunub. Belə ki, martın 2-də Britaniya FTSE 100 indeksi 3,5% - 3710,07 bəndədək, Fransa CAC-40-ı 4,5% - 2581,46 bəndədək, Almaniya DAX-ı isə 3,5% - 3710,07 bəndədək enib. Avropa bazarlarında əsasən bankların səhmləri ucuzlaşıb. Belə ki, HSBC-nin səhmləri 19%, «BNP Paribas»ın səhmləri 9,3%, «Deutsche Bank»ın səhmləri 5,1% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2585 (+0,14%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR