Bank Of Baku

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 04 mart 2009 07:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,5 dollar və ya 3,74% artaraq 1 barelə görə 41,65 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, martın 3-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,49 dollar artaraq 43,70 dollar təşkil edib.
Neftin bahalaşmasına səbəb əsasən Amerika Neft İnstitutunun ölkədə xam neft və benzin ehtiyatlarının azalması barədə məlumatları olub. Belə ki, ötən həftə ərzində ABŞ-da xam neft ehtiyatları 0,463 mln. barel azalaraq 345,7 mln. barelə, benzin ehtiyatları 0,642 mln. barel azalaraq 214,8 mln. barelə, mazut və dizel yanacağı ehtiyatları 1,646 mln. barel artaraq 144,3 mln. barelə çatıb. Eyni zamanda, ölkənin həftəlik neft idxalı 26 min barel azalaraq 8,747 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR