Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq isə 0,1% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq isə 0,1% enib
# 04 mart 2009 08:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 6726,02 bəndədək, S&P 500 0,6% - 696,33 bəndədək, Nasdaq isə 0,1% - 1321,01 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına bir sıra amil təsir edib. Belə ki, FRS-in və Maliyyə Nazirliyinin istehlakçılar üçün 1 trln. dollara qədər genişləndirilə bilən yeni kredit proqramının martın 25-dən işə salınması barədə bəyanatı bazara müsbət təsir etsə də, ardınca FRS-in başçısı Ben Bernankenin hökumət tərəfindən daha fəal addımlar atılmadığı halda ölkədə uzunmüddətli iqtisadi geriləmənin baş verəcəyi barədə bəyanatı isə mənfi təsir göstərib. Bundan əlavə, ölkədə fevral ayında avtomobil satışının kəskin azalması bazar iştirakçıları tərəfindən neqativ qarşılanıb. Belə ki, fevralda «Ford Motor»un satışı əvvəlki ilin fevralı ilə müqayisədə 48%, «Toyota Motor»un 39,8%, «Honda Motor»un 38%, «General Motors»un satışı isə 53% azalıb.
Avropa bazarlarında martın 3-də Britaniya FTSE 100 indeksi 3,14% - 3512,09 bəndədək, Fransa CAC-40-ı 1,04% - 2554,55 bəndədək, Almaniya DAX-ı isə 0,52% - 3690,72 bəndədək enib. Avropa bazarlarında kotirovkaların enməsi korporativ xəbərlərin və neftin ucuzlaşması səbəbindən baş verib. Nəticədə, əsasən bankların və enerji şirkətlərinin səhmləri ucuzlaşıb. Belə ki, BP-nin səhmləri 4,1%, Britaniya «BG Group» qaz şirkətinin səhmləri 5,3%, sahənin digər iri şirkətləri olan «Total», ENI, «Royal Dutch Shell» və «StatoilHydro»nun səhmləri 2,3%-dən 4,6%-dək ucuzlaşıb. Bank sektorunda «Lloyds Banking Group»un səhmləri 7,9%, «Royal Bank of Scotland Group»un səhmləri 4,4%, «Credit Suisse»in səhmləri 3,9% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2477 (-0,86%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR