Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Milli Bankının 10 mln. manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Milli Bankının 10 mln. manatlıq notları yerləşdirilib
# 04 mart 2009 13:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50100921S seriyalı, ümumi həcmi 20 mln. manat, hərraca çıxarılan həcmi 10 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 20 961 000 manat təşkil edib. Sifarişlər 99,77% (gəlirlik 2,96%) – 99,79% (gəlirlik 2,71%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,77% (gəlirlik 2,96%), orta ölçülmüş qiyməti isə 99,78% (gəlirlik 2,83%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 1 999 400 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 10 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin aprelin 1-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR