Bank Of Baku

Dow Jones indeksi 2,2%, S&P 500 2,3%, Nasdaq isə 2,4% yüksəlib

Dow Jones indeksi 2,2%, S&P 500 2,3%, Nasdaq isə 2,4% yüksəlib
# 05 mart 2009 07:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 4-də Amerika fond bazarında Dow Jones indeksi 2,2% - 6875,84 bəndədək, S&P 500 2,3% - 712,87 bəndədək, Nasdaq isə 2,4% - 1353,74 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsi Çindən gələn xəbərlər nəticəsində baş verib. Belə ki, Çində istehsal fəallığının bərpası, iqtisadiyyatın stimullaşdırılmasına dair tədbirlər paketii və strateji neft ehtiyatlarının artırılması barədə bəyanat yayılıb. Eyni zamanda, ABŞ-ın makroiqtisadi göstəriciləri bazarda enmə tendensiyalarına səbəb olub. Bunların sırasında əsas yeri fevralda 697 min iş yerinin ixtisarı tutur. Qeyd edək ki, bu göstərici yanvardakından 83 min iş yeri çoxdur.
Avropa bazarlarında martın 4-də Britaniya FTSE 100 indeksi 3,81% - 3645,87 bəndədək, Fransa CAC-40-ı 4,74% - 2675,68 bəndədək, Almaniya DAX-ı isə 5,42% - 3890,94 bəndədək yüksəlib. Qeyd edək ki, Avropa bazarlarında kotirovkaların yüksəlməsi də ABŞ bazarına təsir edən amil və xəbərlərfonunda baş verib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2614 (+1,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR