Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 14,6 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 14,6 mln. dollarlıq əqd bağlanıb
# 05 mart 2009 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8050 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8053 AZN/$1-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 402 500 AZN təşkil edib, sessiyanın yekunlarına görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 11 350 500 AZN, manatın orta məzənnəsi isə 0,8050 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 14,6 mln. dollar və ya 11 753 000 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 4 866 667 dollar düşür.
USD/AZN T+1 aləti üzrə həcmi 100 min dollar olan əqd qeydə alınıb. Onun ortaölçülü məzənnəsi isə 0,8051 AZN/$1-ə bərabər olub.
USD/AZN T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,10%, ABŞ dolları üzrə isə illik 15,70% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR