Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 06 mart 2009 07:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,77 dollar və ya 3,9% azalaraq 1 barelə görə 43,61 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, martın 5-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,48 dollar azalaraq 43,64 dollar təşkil edib.
Neftin ucuzlaşması Avropa və ardınca ABŞ-ın fond bazarında kotirovkaların enməsi səbəbindən baş verib ki, neft bazarının iştirakçıları bunu iqtisadi geriləmənin əlaməti kimi qiymətləndirib.
Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Nobuo Tanaka martın 5-də bəyan edib ki, neftin hazırkı qiymətləri neft idxalçısı olan ölkələrin iqtisadiyyatının bərpasına dəstək verir. N.Tanakanın sözlərinə görə, neftin ucuzlaşması nəticəsində bu ölkələrin iqtisadiyyatları təxminən 1 trln. dollar miqdarında əlavə stimul əldə edib. Maraqlıdır ki, N.Tanakanın fikrinə görə, «neft ixracatçıları etiraf etməlidir ki, idxalçı iqtisadiyyatın stimullaşdırılması onların gələcəyi üçün də vacibdir».
Qeyd edək ki, martın 15-də OPEC-in növbəti iclasının keçiriləcəyi gözlənilir. Toplantıda neftin ucuzlaşması amilinin Təşkilata üzv olan ölkələrin iqtisadiyyatına vurduğu zərbə müzakirə olunacaq. Gözlənilir ki, neftin ucuzlaşması səbəbindən bu il neft ixracı gəlirləri ötən ilin göstəricisindən iki dəfə aşağı olacaq. Nəticədə, bütün OPEC üzvlərində iqtisadi böhran kəskinləşəcək. Bununla əlaqədar iclasda neft hasilatının azaldılması məsələsinin müzakirəyə çıxarılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR