Bank Of Baku

Dow Jones indeksi 4,1%, S&P 500 4,3%, Nasdaq isə 4% enib

Dow Jones indeksi 4,1%, S&P 500 4,3%, Nasdaq isə 4% enib
# 06 mart 2009 07:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 5-də Amerika fond bazarında Dow Jones indeksi 4,1% - 6594,44 bəndədək, S&P 500 4,3% - 682,55 bəndədək, Nasdaq isə 4% - 1299,59 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsi Avropa Mərkəzi Bankının uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq 1,5%-ə, İngiltərə Bankının isə 0,5%-ə endirməsinə cavab olaraq Avropa bazarlarında kotirovkaların enməsindən sonra baş verib ki, bu da dünyanın əsas fond meydançalarının investorları tərəfindən iqtisadiyyatın perspektivlərini mənfi qiymətləndirməsi kimi qəbul oluna bilər. ABŞ-da «General Motors»un səhmləri 14,5%, «Ford Motor»un 1,6%, «JPMorgan»ın 13,9%, «Wells Fargo» bankın 16,2%, «Bank of America»nın 10%, «Citigroup»un səhmləri 8,8% ucuzlaşıb.
Avropa bazarlarında martın 5-də Britaniya FTSE 100 indeksi 3,18% - 3529,86 bəndədək, Fransa CAC-40-ı 3,96% - 2569,63 bəndədək, Almaniya DAX-ı isə 5,02% - 3695,49 bəndədək enib. Avropada «Lloyds Banking Group»un səhmləri 15,5%, «Royal Bank of Scotland Group»un 8,4%, HSBC-nin 5,9%, «Deutsche Bank»ın 3,4%, Böyük Britaniyanın ən iri sığorta şirkəti olan «Aviva»ın 33,4%, «British Airways»in 6,9%, «Deutsche Lufthansa»nın 5,4%, BMW-nin 7%, «Daimler»in 6,6%, MAN-ın səhmləri 7,3% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2578 (-0,29%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR