Bank Of Baku

Dünya bazarında neft yenidən bahalaşıb

Dünya bazarında neft yenidən bahalaşıb
# 10 mart 2009 07:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,55 dollar və ya 3,4% artaraq 1 barelə görə 47,07 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, martın 9-da ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,72 dollar azalaraq 44,13 dollar təşkil edib.
Martın 9-da neft bazarına OPEC-in baş katibi Abdullah əl-Bədrinin bəyanatı müəyyən dərəcədə təsir edib. OPEC rəsmisi qeyd edib ki, Təşkilat martın 15-nə planlaşdırdığı iclasda neftə tələbat üzrə proqnozlarına dəyişikliklər etmək və qiymətlərin azalmasının qarşısını almaq məqsədi ilə hasilatın azaldılması məsələsini gündəmə gətirmək məcburiyyətindədir. Eyni zamanda, Küveytin Baş Neft Şurasının üzvü Musa Marafi hesab edir ki, OPEC gündəlik hasilat limitini 1 mln. barel səviyyəsində azaldacağı təqdirdə, neftin qiyməti 50 dollardan artıq səviyyəyə kimi yüksələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR