Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1%, Nasdaq isə 1,9% enib

Dow Jones indeksi 1,2%, S&P 500 1%, Nasdaq isə 1,9% enib
# 10 mart 2009 07:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 9-da Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 6547,05 bəndədək, S&P 500 1% - 676,53 bəndədək, Nasdaq isə 1,9% - 1268,64 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsi dünya iqtisadiyyatının mənfi perspektivləri ilə bağlıdır. Bura həm Dünya Bankının cari ildə qlobal iqtisadiyyatın geriləməyə daxil olması, dünya ticarətinin son 80 ildə ən minimal həddə çatması barədə proqnozlarını, həm də məşhur investor Uorren Baffetin iqtisadi böhranın ən pis ssenari üzrə inkişaf edəcəyi barədə bəyanatını aid etmək olar.
Avropa bazarlarında martın 9-da Britaniya FTSE 100 indeksi 0,3% - 3542,40 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,6% - 2519,29 bəndədək enib, Almaniya DAX-ı isə 0,7% - 3692,03 bəndədək yüksəlib. Avropada kotirovkaların enməsi əsasən bank sektoru və telekommunikasiya şirkətləri üzrə müşahidə olunub. Belə ki, HSBC-nin səhmləri 3,3%, «Royal Bank of Scotland»ın 4,1%, «Societe Generale»in 4,3%, «UBS»in 5,3%, Britaniyanın ən iri rabitə şirkətlərdən biri olan «BT Group»un 3%, «Telecom Italia»nın 1,2%, «France Telecom»un səhmləri 2,8% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2637 (-0,48%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR