Bank Of Baku

BFB-da 10301722S seriyalı 3,778 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10301722S seriyalı 3,778 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 11 mart 2009 06:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Martın 10-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10301722S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 3 778,4 min manat təşkil edib. Sifarişlər 96,63% (gəlirlik 6,99%) – 96,80% (gəlirlik 6,63%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 96,63%, orta ölçülmüş qiymət isə 96,70% (gəlirlik 6,84%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 225 min manat miqdarında qeyri-rəqabətli sifarişləri daxil olmaqla, 3 778,4 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin sentyabrın 8-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR