Bank Of Baku

Dünya bazarında neft 3% ucuzlaşıb

Dünya bazarında neft 3% ucuzlaşıb
# 11 mart 2009 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,36 dollar və ya 2,9% azalaraq 1 barelə görə 45,71 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, martın 10-da ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar azalaraq 43,96 dollar təşkil edib.
Martın 10-da neft bazarında hər hansı fundamental və ya digər amillərin təsiri müşahidə olunmayıb. Bazar iştirakçıları martın 15-də keçiriləcək OPEC-in iclasını gözləyir. Eyni zamanda, ABŞ-ın Energetika Nazirliyinin cari və gələn il üçün neftin qiyməti ilə bağlı proqnozlarını bir qədər aşağı salması neftin ucuzlaşmasına səbəb olub. Belə ki, ABŞ-ın Energetika Nazirliyi 2009-cu il üçün neftin orta qiyməti üzrə proqnozu 43 dollardan 42 dollaradək, gələn il üçün isə 55 dollardan 53 dollaradək endirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR