Bank Of Baku

Dow Jones indeksi 5,8%, S&P 500 6,4%, Nasdaq isə 7,1% yüksəlib

Dow Jones indeksi 5,8%, S&P 500 6,4%, Nasdaq isə 7,1% yüksəlib
# 11 mart 2009 07:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 10-da Amerika fond bazarında Dow Jones indeksi 5,8% - 6926,49 bəndədək, S&P 500 6,4% - 719,60 bəndədək, Nasdaq isə 7,1% - 1358,28 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, Federal Ehtiyat Sisteminin başçısı Ben Bernankenin martın 10-da səsləndirdiyi bəyanatlar ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsi tendensiyasının əsasını qoyub. Belə ki, B.Bernankenin fikrincə, maliyyə sisteminin sabitləşdirilməsi iqtisadi artımın bərpası üçün əsas vasitədir. Bu bəyanat bazar iştirakçılarına hökumət tərəfindən maliyyə sistemini daimi nəzarət altında saxlamaq niyyətində olması barədə siqnal kimi qəbul edilib. Nəticədə, bankların kotirovkaları yüksəlib. Belə ki, «Citigroup»un səhmləri 37,1%, «JPMorgan», «Wells Fargo» və «Bank of America»nın səhmləri 16-27% bahalaşıb.
Avropa bazarlarında martın 10-da Britaniya FTSE 100 indeksi 4,9% - 3715,23 bəndədək, Fransa CAC-40-ı 5,7% - 2663,68 bəndədək, Almaniya DAX-ı isə 5,3% - 3886,98 bəndədək yüksəlib. Avropada kotirovkalarının yüksəlməsi əsasən müxtəlif korporativ xəbərlərin açıqlanması nəticəsində baş verib. Nəticədə, «BNP Paribas», «Barclays», «Banco Santander», «Credit Suisse», «Deutsche Bank», HSBC və UBS banklarının səhmləri 10-18%, BP, «Royal Dutch Shell», ENI, «Total» və «Repsol» neft şirkətlərinin səhmləri 3-8,5%, «Daimler»in 13%, «Porsche»nin 14%, «Volkswagen»in səhmləri 2% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2705 (+0,54%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR