Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 38,87 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 38,87 mln. dollarlıq əqd bağlanıb
# 11 mart 2009 14:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8048 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8048 AZN/$1-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 7 323 680 AZN təşkil edib, sessiyanın yekunlarına görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 23 958 896 AZN, manatın orta məzənnəsi isə 0,8048 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 38,87 mln. dollar və ya 31 282 576 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 4 858 750 dollar düşür. USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
SWAP_USD/AZN aləti üzrə 30-günlük əqd bağlanılıb. Əqdin həcmi 32 mln. dollara, ortaölçülü məzənnəsi isə 0,8064 AZN/$1-ə bərabər olub.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,64%, ABŞ dolları üzrə isə illik 16,21% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR